Millimizin yarımmüdafiəçisi Tuğrul Erat Almaniyanın "Fortuna" klubunu tərk edə bilər.
Sportarena.az xəbər verir ki, 23 yaşlı xavbek Düsseldorf təmsilçisindəki durumundan narazıdır. Buna səbəb onun əsas komandada yox, "Fortuna"nın U-23 komandasında çıxış etməsidir.
Nadir hallarda əsas komandaya çağrılan Erat cari mövsümün böyük hissəsini ikinci komandada keçirib. Buna görə o, "Fortuna"nı tərk etməyi arzulayır.