"Nə qədər ağır olsa da, işimiz budur" - "Kəpəz"in futbolçusu

14:00 19 Yanvar 2016

"Yevlax toplanışında bizim üçün vacib olan fiziki durumu yaxşılaşdırmaq idi. Yaxşı çalışdıq, hazırlıq əla keçdi. Qarşıda toplu məşqlər var".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Tural Nərimanov klubun saytına deyib. O, Yevlaxda keçirilən təlim-məşq toplanışını dəyərləndirib:

 

"Gündə iki məşq etdik. Əlbəttə ki, ağır idi. Fiziki yükləmələrin olacağını əvvəlcədən də bilirdik. Nə qədər ağır olsa da, işimiz budur. Çalışdıq ki, üzərimizə düşən işin öhdəsindən gələk. Çempionata maksimum şəkildə hazır olmalıyıq".

 

Nərimanov yoxlama oyunları barədə də fikirlərini bildirib: "Bu mərhələdə keçirilən yoxlama oyunlarının nəticəsi önəm kəsb etmir. Yorğun ola-ola görüşlərə çıxdıq. Əsas olan fiziki durumu yoxlamaq idi. Bizə taktiki-texniki hazırlıq dövründəki oyunlarda özümüzə inamı artırmaq üçün qələbələr lazımdır".


Digər xəbərlər

Xəbər xətti