"Qurban Qurbanov mənimlə həmişə açıq danışırdı" - Pupon

15:40 19 Yanvar 2016

"Qurban Qurbanov mənimlə həmişə açıq danışırdı. O, dedi ki, mən irəlidə oynaya bilməyəcəyəm. Buna səbəb Azərbaycanda legionerlərə qoyulan limit idi".

 

Sportarena.az xəbər verir ki, bu sözləri  Hollandiyanın "Roda" klubuna keçən "Qarabağ"ın sabiq hücumçusu Raydell Pupon deyib. Ağdam təmsilçisindən gedişi barədə danışan təcrübəli forvard ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:

 

"Baş məşqçi məni beş ən yaxşı legioner arasında görmürdü. Amma hər şeyə rəğmən, mən "Qarabağ" karyerama görə qətiyyən peşman deyiləm. Çünki bu, mənim üçün çox əla təcrübə oldu".


Digər xəbərlər

Xəbər xətti