"Onlar öz günahlarını başa düşürlər" - Əsgər Abdullayev

15:57 19 Yanvar 2016

"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev AFFA və PFL tərəfindən təşkil olunan mini-turnir çərçivəsində MOİK üzərində qazandıqları qələbəni (2:1) şərh edib. Sportarena.az xəbər verir ki, o, oyunla bağlı bunları söyləyib:

 

"Biz bu turnirdə yeni futbolçuları baxışdan keçiririk. Məsələn, bu gün qapıçını sınadıq. Bəzi oyunçularımızda zədə var, bəzisi diskvalifikasiya olunduğuna görə meydanda deyildi. Belə oyunlarda əsas məqsəd əsas heyəti müəyyənləşdirmək, xətlərarası əlaqənin nə vəziyyətdə olduğunu görmək olur. Ruslan Qurbanovla Cavid İmamverdiyevin yoxluğu bu gün hiss olunurdu. Futbolçularla da danışdım, onlar da öz günahlarını başa düşürlər. MOİK-ə gəlincə, onu deyə bilərəm ki, digər rəqiblərimiz kimi, bu komanda da "Neftçi"yə qarşı sonadək mübarizə apardı".


Digər xəbərlər

Xəbər xətti