"Qəbələ"də yeni qapıçı - FOTO

17:05 19 Yanvar 2016

"Qəbələ"nin əvəzedici heyətinin qapıçısı Murad Popov əsas komandaya dəvət alıb. Sportarena.az Qəbələ İK qəzetinə istinadən xəbər verir ki, 17 yaşlı qolkiper FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdən sonra birbaşa Antalyaya - əsas komandanın düşərgəsinə yollanıb.

 

Murad yanvarın 2-dən Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən həmin beynəlxalq turnirdə U-17 yığmamızın əsas qapıçısı kimi çıxış edirdi. O, yanvarın 13-də başa çatan yarışdan sonra “Qəbələ”nin Türkiyədəki təlim-məşq toplanışına qatılıb. Bununla da əsas komanda ilə hazırlıq keçən qapıçıların sayı 4-ə çatıb. Popov ukraynalı Dmitri Bezotosnı, polşalı David Pietrzkieviç və millimizə cəlb olunmuş Andrey Popoviçlə birgə çalışacaq.

 

Xatırladaq ki, Murad ötən mövsümdən “Qəbələ”nin şərəfini qoruyur.


Digər xəbərlər

Xəbər xətti