Qarabağ"ın sabiq futbolçusu Nikolaz Gelaşvili özünə yeni komanda tapıb. Sportarena.az xəbər verir ki, gürcü forvard karyerasını vətənində davam etdirəcək.
Gelaşvili "Dinamo" Tbilisi ilə anlaşıb. Bu barədə Gürcüstan klubunun rəsmi saytında məlumat verilib. Ağdam təmsilçisinin heyətində özünü doğrulda bilməyən forvard qışdan sonra məhz "Dinamo" forması geyinəcək. Gelaşvili "Qarabağ"dan ayrıldıqdan sonra "Flamurtari"(Albaniya) və "Pafos"(Kipr) klublarında oynayıb.