"Neftçi İdman Klubu"nun yetirmələri 8 medal qazandı

19:26 19 Yanvar 2016

Hövsan Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə sayca 19-cu beynəlxalq turnir keçirilib. Sportarena.az xəbər verir ki, Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən 10 çəki dərəcəsi üzrə təşkil olunan yarışda 1999-2001-ci illər təvəllüdlü pəhləvanlar mübarizə aparıblar. Yeniyetmələrin yarışında Azərbaycan güləşçiləri ilə yanaşı, Gürcüstan və Rusiya idmançıları da qüvvələrini sınayıblar.

 

"Neftçi İdman Klubu”nun yetirmələri bu mötəbər turnirdə yüksək nailiyyətlər əldə ediblər. Böyük əzmkarlıq nümayiş etdirən yeniyetmə güləşçilərimiz yarışın 2-si qızıl, 2-si gümüş və 4-ü bürünc olmaqla, 8 medalına yiyələniblər. Onlardan 58 kq çəki dərəcəsində mübarizə aparan Vahid Əlizadə (58 kq) və Əhliman Quliyev (85 kq) rəqib tanımayaraq turnirin qalibi adını qazanıblar. Yalnız finalda məğlubiyyət acısı yaşayan Çoban İsmayılzadə (50 kq) və Orxan Əliyev (63 kq) gümüş, Tehran Əliyev (42 kq), Həzrət Maqsudov, Vüsal Hüseynov (hər ikisi 50 kq) və Emin Nəcəfzadə (76 kq) isə bürünc medala sahib olublar.


Digər xəbərlər

Xəbər xətti