"Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini Çili millisini çalışdırmaq istəmir. Sportarena.az xəbər verir ki, bu barədə çilili mütəxəssis özü məlumat verib:
"Hələlik Avropada qalmaq istəyirəm və ən azı qarşıdakı 3-4 ildə Çiliyə qayıtmağı düşünmürəm. Yəqin ki, federasiya ölkədə işləmək istəyən mütəxəssis axtaracaq".
Qeyd edək ki, Çili millisinin baş məşqçisi Xorxe Sampaoli dünən istefa verib.