“Zirə” Türkiyənin Antaliya şəhərində təşkil olunan təlim-məşq toplanışında dünən ikinci yoxlama oyununda qüvvəsini sınayıb. Sportarena.az xəbər verir ki, komandamız Almaniyanın Regional liqası təmsilçilərindən “Optik”lə qarşılaşıb.
Oyundan öncə klub tərəfindən 20 Yanvar faciəsi ilə bağlı kompaniya keçirilib. Üzərində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verənlərin təsvir olunduğu şəkillər və faciə haqqında yazılı məlumatların yer aldığı kağızlar üç dildə hazırlanaraq, həm Almaniya təmsilçisinə, həm də komandanın futbolçularına təqdim edilib.
Futbolçular meydana qara sarğıyla çıxıblar və oyundan öncə 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla anılıb.