20 Yanvar faciəsinin 26-cı il dönümü münasibətilə "Lokomotiv" Şəhidlər Xiyabanını ziyarət edib. Sportarena.az xəbər verir ki, klubun rəhbərliyi, məşqçi və voleybolçu heyəti Vətən yolunda canını qurban verən şəhidlərimizin ruhuna ehtiramlarını bildiriblər.
Ziyarət zamanı əcnəbi oyunçulara 20 yanvar günü baş verənlərlə bağlı xatirələr danışılıb, həmin şərəfli günün xalqımızın yaddaşından silməyəcəyi vurğulanıb. Həmçinin onlara bu qətliamın Azərbaycan tarixindəki önəmi, xalqımızın həmin dönəmdə nümayiş etdirdiyi birlik barədə məlumat verilib.