"Trabzonspor"da köhnə-yeni baş məşqçi

17:43 20 Yanvar 2016

"Trabzonspor"un yeni baş məşqçisi müəyyənləşib. Sportarena.az xəbər verir ki, komandanın baş məşqçi vəzifəsinə klubun sabiq futbolçusu Hami Mandıralı gətirilib.

 

47 yaşlı mütəxəssis mövsümün sonuna qədər Trabzon təmsilçisini çalışdıracaq. Şota Arveladzenin istefasından sonra "Trabzonspor" klubu müvəqqəti olaraq Sadi Tekelioğluna tapşırılıb.

 

Qeyd edək ki, Hami Mandıralı 2013/2014 mövsümündə qısa müddətliyinə "Trabzonspor"u çalışdırıb.


Digər xəbərlər

Xəbər xətti