Gənclər arasında cüdo üzrə açıq Bakı birinciliyinə yekun vurulub.
Sportarena.az xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksində keçirilən yarışda paytaxt və bölgələrdən 200-ə yaxın idmançı mübarizə aparıb. Bakı birinciliyinin ikinci – sonuncu günündə oğlanlar arasında 73, 81, 90, 100 və +100 kq çəki dərəcələrində çıxış edən cüdoçular yarışıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən paytaxt yarışında Çingiz Əhmədov (73 kq), Coşqun Abdullayev (81 kq), Aslan Mirzəyev (90 kq), Famil Quluzadə (100 kq) və Məhəmmədəli Babayev (+100 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq çempion olublar.