Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu qonşu ölkədə növbəti yoxlama oyununu keçirib. Samir Abasovun rəhbərlik etdiyi komanda əvvəlcədən planlaşdırıldığı kimi Rumıniyanın “Voluntari” klubu ilə üz-üzə gəlib.
20 yanvar ümumxalq matəm günü ilə əlaqədar olaraq, qarşılaşma bir dəqiqəlik sükutla başlayıb.
İlk yoxlama matçında Qazaxıstanın “Akjayık” klubunu 1:0 hesabı ilə məğlubiyyətə uğradan “Sumqayıt” FK bu görüşdən 0:0 hesablı heç-heçə ilə ayrılıb.
Qeyd edək ki, “Sumqayıt” FK növbəti yoxlama oyunlarını yanvarın 21-də İran çempionu “Sepehan”a və 22-də Rumıniya yüksək liqa təmsilçisi “Petrolul”a qarşı keçirəcək.