Rumıniyanın "Voluntari" klubu ilə bərabərə qalan(0:0) "Sumqayıt"ın baş məşqçisi Samir Abasov matçı şərh edib.
Sportarena.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən Abasov bunları deyib:
"Antalyada ikinci yoxlama oyunumuza çıxdıq. Fiziki göstəriciləri yüksək olan bir komandaya qarşı oynadıq. Maraqlı qarşılaşma oldu. Əvvəlki yoxlama oyununda iki heyət oynatsam da, bu qarşılaşmada cəmi 3 dəyişikliyə əl atdım. Düşünürəm ki, növbəti iki yoxlama oyunundan sonra komanda tam hazır vəziyyətə gələcək” - deyə o bildirib.