"Zirə" iki itki ilə hazırlaşdı

00:22 21 Yanvar 2016

“Zirə”nin Türkiyənin Antaliya şəhərində təşkil olunan təlim-məşq toplanışı davam edir. 
Sportarena.az xəbər verir ki, toplanışın 11-ci günündə komanda səhər məşqində daha çox topla çalışıb. Dünən futbolçular oyuna çıxdığı üçün baş məşqçi Adil Şükürov əsasən bərpa prosesinə üstünlük verib. Səhhətində problem olan Təmkin Xəlilzadə və “Optik”lə oyunda dizindən zədələnən Dieqo de Souza məşqdə iştirak etməyib. Axşam məşqində isə “qartallar” taktiki-texniki hazırlıq üzərində işləyib.


Digər xəbərlər

Xəbər xətti