“Qarabağ”la oyunun ilk hissəsində yaxşı oynadıq. Ancaq sonradan səviyyə fərqi özünü göstərdi”.
Sportarena.az xəbər verir ki, bu sözləri Macarıstanın “Dioşqyor” klubunun baş məşqçisi Sandor Eqervari “Qarabağ” uduzduqları yoxlama oyunundan (0:4) sonra deyib.
O, “Qarabağ”ın layiqli qələbə qazandığını bildirib: “İlk topu künc zərbəsindən buraxdıq. Bu, komandamı sarsıtdı. Son 15 dəqiqədə yaxşı təsir bağışladıq. Ancaq ümumilikdə rəqibə müqavimət göstərə bilmədik. Fasilədən sonra “Qarabağ” çoxsaylı əvəzetmələr etdi ki, bu da onların səviyyəsini ortaya qoydu. Rəqibimiz böyükhesablı qələbəyə layiq idi”.