"Zirə" Antalyada son məşqə çıxdı

17:00 21 Yanvar 2016

“Zirə” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışını başa vurmaq üzrədir. Sportarena.az xəbər verir ki, bu gün “qartallar” son məşqə çıxıblar.

Baş məşqçi Adil Şükürov güclü yağışla müşahidə olunan məşqdə əsasən, texniki-taktiki çalışmalara üstünlük verib. Komanda Antalya toplanışını yoxlama oyunu ilə başa vuracaq.

Sabah “Zirə” Rumıniyanın “Tırqu-Mureş” klubu ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti