Baş məşqçidən maraqlı qadağa: "Facebook"a girmək olmaz

18:09 21 Yanvar 2016

Bosniya və Herseqovinanın "Sarayevo" klubunun futbolçularına "Facebook" profillərindən istifadə etmək qadağan olunub.
 
Sportarena.az xəbər verir ki, bu barədə baş məşqçi Miodraq Yeşiç qərar verib. Mövsümə yaxşı başlamayan və 18 turdan sonra lider "Sloboda"dan 6 xal geri qalaraq 5-ci pilləni tutan "Sarayevo"nun baş məşqçisi bu qərarla futbolçuların məşqlərə daha məsuliyyətli yanaşmasına, həmçinin lazımsız mübahisələrə qoşulmamasına çalışır.
 
Yasaqdan sonra "Facebook" hesabından açıqlama verən suriyalı futbolçu Əhməd Kallasi "Klubun qəbul etdiyi qərara uyğun olaraq bir müddət "Facebook" hesabımdan istifadə etməyəcəm. Bu qərar bütün futbolçular üçün keçərli olacaq" deyib.


Digər xəbərlər

Xəbər xətti