İspaniya məhkəməsi "Barselona"nın forvardı Lionel Messinin vergidən yayınma məsələsinə mayın 31-dən iyunun 3-nə qədər baxacaq.
Beləliklə də argentinalı futbolçu Kopa Amerikada ilk oyunu buraxa bilər.Məhz bu səbəbdən də vəkillər məhkəmənin prosesini bir qədər təxirə salmaq niyyətindədirlər.
Xatırladaq ki, Messi və atası 4,1 milyon avro vergidən yayınmaya görə şübhəli bilinirlər. Buna görə onlara 2 illik həbs cəzası da kəsilə bilər.