Cüdoçularımız Kubada

12:10 22 Yanvar 2016

Cüdo üzrə Azərbaycan milli komandası Braziliyada təlim-məşq toplanışını başa vurub. Sportarena.az xəbər verir ki, təlim-məşq toplanışı başa çatdıqdan dərhal sonra cüdoçularımız yanvarın 22-24-də Kubada keçiriləcək Qran-Pri turnirinə qatılmaq üçün bu ölkəyə yollanlıblar.

 

Kuba Qran-Prisində baş məşqçi Peter Zayzenbaherin rəhbərliyi altında milli komandamızın cüdoçuları - İlqar Müşkiyev, Orxan Səfərov, Tərlan Kərimov, Rüstəm Orucov, Əbdülhəq Rəsullu, Rüstəm Alimli, Ramin Qurbanov, Şahin Qəhrəmanov, Elmar Qasımov, Elxan Məmmədov və Uşangi Kakouri uğur qazanmağa çalışacaqlar.


Digər xəbərlər

Xəbər xətti