"Sumqayıt" "Petrolul"a qarşı

12:23 22 Yanvar 2016

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün hazırlıq çərçivəsində son yoxlama oyununu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi Rumıniyanın “Petrolul” klubu ilə görüşəcək. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 

Qeyd edək ki, “Sumqayıt” Antalyada Qazaxıstanın “Akjayık” (1:0), Rumıniyanın “Voluntari” (0:0) və İranın “Sepahan” (1:2) klubları ilə qarşılaşıb.


Digər xəbərlər

Xəbər xətti