AFFA rəhbərliyi UEFA-nın tədbirində

18:10 22 Yanvar 2016

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil qərargahında Avropa futbol təşkilatının üzvü olan 54 milli assosiasiyanın prezident və baş katiblərinin iştirakı ilə informasiya mübadiləsi xarakteri daşıyan iclas keçirilir.

Sportarena.az xəbər verir ki, yanvarın 21-də və 22-də növbəti iclasını keçirən UEFA-nın İcraiyyə Komitəsi qəbul olunan yeni qərarlarla bağlı milli assosiasiyaların nümayəndələrinə məlumat verib. 

FİFA prezidenti vəzifəsinə namizəd Gianni İnfantino seçki proqramını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov tədbirdə iştirak edir.


Digər xəbərlər

Xəbər xətti