AFFA və PFL tərəfindən təşkil olunmuş mini turnir çərçivəsində keçirilmiş “Neftçi” – “Şərurspor” oyununda (3:2) iki qola imza atmış paytaxt klubunun hücumçusu Mirabdulla Abbasov fikirlərini klubun rəsmi saytına bildirib. Sportarena.az xəbər verir ki, o, bunları söyləyib:
“Çox şadam ki, bu turnirin qalibi olduq. Mənəvi baxımdan bu faydalı bir qələbədir. Vurduğum iki qola gəlincə isə, komanda yoldaşlarıma minnətdaram. Əsas heyətdə oynamaq istəyirəm, amma bilirəm ki, ilk 11-likdə mütəmadi yer almaq üçün bu iki qol azdır”.