Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt" klubu bu gün son yoxlama oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, "Sumqayıt" Rumıniyanın 4 qat çempionu "Petrolul" klubu ilə qarşılaşıb. 1:1 hesabı ilə başa çatan matçda "Sumqayıt"ın yeganə qolu oyunun 90-cı dəqiqəsində Pərdis Fərcad Azad vurub.
Qeyd edək ki, “Sumqayıt” buna qədər Antalyada Qazaxıstanın “Akjayık” (1:0), Rumıniyanın “Voluntari” (0:0) və İranın “Sepahan” (1:2) klubları ilə qarşılaşıb.