Türkiyənin "Göztəpə" klubun prezidenti Mehmet Sepil maraqlı qərarı ilə gündəmə gəlib.
Sportarena.az xəbər verir ki, prezident klubun rəsmi "instagram" hesabını idarə edəcək. PTT 1-ci Liqa təmsilçisinin prezidenti 2 gün ərzində sosial şəbəkədəki hesab vasitəsiylə foto və videoları klub azarkeşləri ilə bölüşəcək.
Qeyd edək ki, bir vaxtlar "Qarabağ"ın şərəfini qoruyan Leroy Corc "Göztəpə" klubunun şərəfini qoruyur.