Baş məşqçiyə "gey" dedi, cəzalandı

23:20 22 Yanvar 2016

İtaliya Futbol Federasiyası "Napoli"nin çalışdırıcısı Mauritsio Sarrini cəzalandırıb.

Sportarena.az xəbər verir ki, İtaliya kubokunun 1/4 final mərhələsinin "İnter"lə oyununda Roberto Mançinini "gey" adlandıran "Napoli"nin baş məşqçisi M.Sarri 2 oyunluq cəza alıb və 20 min avro cərimə olunub.
"İnter"in baş məşqçisi Roberto Mançini də cəzadan yaxasını qurtara bilməyib. 41 yaşlı məşqçi həmin oyundakı hərəkətlərinə görə 5 min avro məbləğində cəza alıb.


Digər xəbərlər

Xəbər xətti