Rahid Əmirquliyev: "Xəzər Lənkəran"ın bu vəziyyətə düşəcəyinə inanmazdım"

01:12 23 Yanvar 2016

"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev apasport.az saytına müsahibə verib.

Sportarena.az həmin müsahibəni təqdim edir:

- Təlim-məşq toplanışı necə keçir?
- Hazırlıq normal davam edir. İki yoxlama oyunu keçirdik və hər ikisində qələbə qazandıq. Düzdü, bu yoxlama oyunlarıdı, amma nəticə də vacibdi.
 
- Yeni komandanıza adaptasiya ola bilmisinizmi?
- Demək olar, yad komanda deyil. Əksər futbolçularla millidə bir yerdə oynamışıq. Bu da uyğunlaşmağıma kömək etdi.
 
- “Qarabağ”da ənənəvi mövqeyinizdəmi çıxış edirsiniz?
- Mövqeyimdə dəyişiklik yoxdu. “Xəzər Lənkəran”da hansı mövqedə çıxış edirdimsə, burda da həmin mövqedə oynayıram.
 
- “Qarabağ” komplektləşmiş komandadı və xüsusilə də sizin mövqeyinizdə rəqabət güclüdü. Özünüzə əsas heyətdə yer tapa biləcəksinizmi?
- Düzdü, “Qarabağ” yaxşı oyun nümayiş etdirir. İndi işim baş məşqçinin verdyi tapşırıqları yerinə yetirməkdi. Əsas heyətdə kimin oynayacağına Qurban müəllim qərar verəcək.
 
- Müxtəlif mütəxəssislərin rəhbərliyi altında oynamısınız. Qurban Qurbanovun iş sistemi fərqlidirmi?
- Hər məşqçinin öz taktikası, məşq prosesi var. Müqayisə aparmaq istəməzdim. “Qarabağ”da yaxşı məşqçilər yer alıb. Komanda topla daha çox məşq edir. Bu da ürəyimcədi.
 
- Məşq prosesləri ağır keçir? Yükləmələr çoxdu?
- İndi toplanışdı, yükləmələr olmalıdı. Məşqçilər hər şeyin qədərini bilir. Həddindən artıq yükləmələrə yol vermir. Ağır keçir deməyim düzgün deyil.
 
- Sabiq komandanda baş verən prosesləri necə, izləyirsinizmi?
- İzləyirəm. “Xəzər Lənkəran”ın bu vəziyyətə düşəcəyinə inanmazdım. Tək mən yox, heç kim inanmırdı. Maliyyə ilə bağlı problemlər yaranıb. Uğurlar arzulayıram. Gələcəkdə çempionluq uğrunda yarışmağı arzulayıram.


Digər xəbərlər

Xəbər xətti