Azad Rəhimov Patrik Hikki ilə görüşüb

10:33 23 Yanvar 2016

Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclasına qatılmaq məqsədi ilə Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimov Isveçrənin Lozanna şəhərində səfərdədir.

Səfəri çərçivəsində nazir Azad Rəhimov Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki, AOK Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos, Olimpiya Həmrəyliyi Hərəkatının rəhbəri Pere Miro , AOK idarə heyətinin üzvü Christophe de Keeper ilə görüşlər keçirib.

Görüşlər çərçivəsində Bakı 2015 Avropa oyunlarında yüksək səviyyədə görülmüş işlərdən söz açılıb və Azərbaycanın qazandığı təcrübəni ev sahibliyi edəcək növbəti ölkə ilə bölüşməsinin önəmi diqqətə çatdırılıb.

Eyni zamanda, görüş çərçivəsində 2016-cı ildə Azərbaycanda keçiriləcək Şahmat Olimpiadası, Formula 1 Qrand Prix turniri, 2017-ci ildə gerçəkləşəcək İslam Həmrəyliyi Oyunları haqda söz açılıb və oyunlara hazırlıq prosesi barədə məlumat verilib. 


Digər xəbərlər

Xəbər xətti