Bu il Fransada keçiriləcək Avropa Çempionatında qolun avtomatik qeyd olunma sistemi işləyəcək.
Sportarena.az xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsinin İsveçrədə keçirilən iclasında qərar qəbul olunub.
Bu sistem 2016-2017 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində də tətbiq ediləcək.
Qolun avtomatik qeydə alınma sistemindən böyük uğurla İngiltərədə istifadə edilir.
Bu texnologiyanın sayəsində top qapı xəttini keçən zaman hakimin saatına siqnal gəlir.