Bu gün “Sumqayıt” klubu Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını başa vuraraq vətənə dönür.
Sportarena.az xəbər verir ki, komanda axşam saatlarında paytaxt Bakıda olacaq.
İki günlük istirahətin ardından komanda Premyer Liqanın növbəti turu üçün “Neftçi” ilə oyunun hazırlığına başlayacaq.
Qeyd edək ki, “Sumqayıt” Antalyada 4 yoxlama matçı keçirib. Qazaxıstan "Akjayık" klubuna 1:0 hesabı ilə qalib gələn və ardından Rumıniya təmsilçisi "Voluntari" ilə 0:0 bərabərə qalan "Sumqayıt" son İran çempionu "Sepahan"a 1:2 hesabı ilə məğlub olub. Komanda son matçında 4 qat Rumıniya çempionu “Petrolul”la 1:1 hesablı heç-heçəyə imza atıb.