"Milan"ın forvardı Stefan ƏlŞəravi karyerasını "Roma"da davam etdirəcək.
Sportarena.az klublar 23 yaşlı forvardın keçidini razılaşdırıb. Mövsümün sonuna qədər o , icarə əsasında oynayacaq. Sonra isə paytaxt təmsilçisi futbolçunu transfer edə biləcək.
İcarəyə görə "Roma" "Milan"a 2 milyon avro ödəyəcək.Mövsümün sonunda isə transfer dəyəri 13 milyon avro təşkil edəcək.
Tərəflər transferin bəzi detallarını rəsmiləşdirməlidir. Forvardın "Yuventus"la bazar günü keçiriləcək oyuna qədər iştirak ərizəsinə salınması real görünmür.