Millimizin sabiq üzvü türk klubunda

16:26 23 Yanvar 2016

"Rəvan"la yollarını ayrılan Fərid Quliyevin yeni komandası müəyyənləşib.
 
Sportarena.az xəbər verir ki, hücumçu mövsümün sonuna qədər Türkiyə Regional Həvəskar Liqasının 6-cı qrupunda mübarizə aparan "Yozqatspor 1959” klubunun şərəfini qoruyacaq.
 
Millimizin heyətində 1 qol vuran Fərid Quliyev "Rəvan"dan əvvəl "Bakı”, "Qarabağ”, "Standard”, "Neftçi” və "Sumqayıt” klublarının da formasını geyinib.
 
"Yozqatspor 1959" 12 turdan sonra 13 komanda arasında 2-ci pillədə qərarlaşır.


Digər xəbərlər

Xəbər xətti