AZAL "CBC Sport Kuboku"nun ikincisi oldu

16:55 23 Yanvar 2016

AFFA, PFL və CBC Sport telekanalının birgə təşkilatçılığı ilə keçirilən “CBC Sport Kuboku”nda növbəti oyun gününə yekun vurulub. Bayıl Arenada keçirilən görüşdə AZAL və “Neftçala” komandaları üz-üzə gəlib. 

Sportarena.az xəbər verir ki, matç AZAL-ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra AZAL xal ehtiyatını 9-a yüksəldib və turniri ikinci pillədə tamamlayıb. “Neftçala” isə “CBC Sport Kuboku”nu 3 xalla başa vurub. 

Qeyd edək ki, “CBC Sport Kuboku”nun artıq qalibi məlumdur. Dünən “Şərurspor”u 3:2 hesabı ilə məğlub edən “Neftçi” kubokun ilk sahibi adını qazanıb. Turnirin mükafatlandırma mərasimi sabah “Bayıl Arena”da keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti