Türkiyənin "Fənərbağça" klubunun futbolçuları Caner Erkin və Uyqar Mert Zeybekin olduğu avtomobil qəzaya düşüb.
Sportarena.az xəbər verir ki, hadisə futbolçuların deyil, qarşı tərəfin günahı ucbatından baş verib.
Yerli vaxtla saat 14:00-da baş tutan məşqin ardından klub bazasından ayrılan futbolçular magistral yolda hərəkətdə olarkən qəfildən başqa bir avtomobil onların qarşısında manevr edib. Nəticədə qəza baş verib.
Klubdan verilən açıqlamada futbolçuların xəsarət almadığı bildirilib.