"Qarabağ"ın yeni transferi Rahid Əmirquliyev sıradan çıxıb. Sportarena.az xəbər verir ki, milli komandamızın da şərəfini qoruyan yarımmüdafiəçi ötən gün Polşanın "Yagelloniya" klubu ilə yoxlama oyununda zədələnib.
Bu üzdən o, birinci hissədən sonra əvəzlənmək məcburiyyətində qalıb. Hələlik, futbolçunun zədəsinin nə dərəcədə ağır olduğu dəqiq bilinmir.
Qeyd edək ki, "Qarabağ" Polşa klubuna 0:1 hesabıyla uduzub.