"Məğlubiyyət heç bir narahatlıq doğurmur" - Dani Kintana

13:28 24 Yanvar 2016

"Qarabağ" Antalya toplanışı çərçivəsində çıxdığı son matçda Polşanın "Yaqelloniya" klubuna 0:1 hesabı ilə məğlub olub.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra sabiq klubu olan "Yaqelloniya"nın rəsmi saytına açıqlama verən Dani Kintana bunları qeyd edib:

 

"Bizim üçün bu məğlubiyyət heç bir narahatlıq doğurmur. Bu, sadəcə bir hazırlıq matçı idi. Qələbə qazanmaq istəsək də, alınmadı. Biz topla oynamağı sevirik və topu özümüdə saxlayaraq təhlükəli hücumlar qurmaq istəyirik. "Yaqelloniya" isə bizdən fərqli olaraq topla oynamağı çox sevmir. Lakin, onlar əllərinə düşən fürsətdən maksimum istifadə edərək qol vura bildilər. Biz bu matça hücumçusuz çıxmışdıq. Buna baxmayaraq, rəqib qapısında çoxlu təhlükəli epizodlar yarada bildik. Bizim üçün hazırda prioritet məsələ Premyer Liqadır. Çempionatda liderliyimizi qorumaq üçün əlimizdən gələni edəcəyik".


Digər xəbərlər

Xəbər xətti