"Qəbələ" "Dnepr"ə qarşı

13:46 24 Yanvar 2016

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” sabah son yoxlama oyununu keçirəcək. Sportarena.az xəbər verir ki, yanvarın 10-dan Antalyada təlim-məşq toplanışında olan “qırmızı-qaralar” 3-cü sınağında Ukraynanın “Dnepr” klubu ilə görüşəcək. Qonşu ölkədə Almaniyanın “Osnabryuk” (1:1) və İsveçrənin “Sürix” (4:0) klubları ilə qarşılaşan Roman Qriqorçukun yetirmələri yanvarın 24-də baş tutacaq son matçı ilə hazırlıqları tamamlayacaq. Ayın 25-də vətənə dönəcək komandamızın “Dnepr”lə qarşılaşması Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Görüş “Gloria Sport Arena”da keçiriləcək.

 

Ukraynanın 3 ən titullu klubundan biri olan “Dnepr” Miron Markeviçin baş məşqçiliyi altında qış fasiləsinə 4-cü pillədə yollanıb. Ötən mövsüm ölkə çempionatında 3-cü olan Dnepropetrovsk klubu UEFA Avropa Liqasının finalınadək irəliləyib. Əsası 1918-ci ildə qoyulan komanda SSRİ dövründə 2 çempionluq, 1 kubok, 1 Superkubok sevinci yaşayıb. Bundan başqa, çempionatda 2 gümüş və 2 bürünc qazanan “Dnepr” 2 dəfə Federasiya kubokuna sahib çıxıb. Rəqibimiz 1 dəfə bu turnirdə, 1 dəfə isə 1 dəfə Superkubokda həlledici oyunda uduzub. Ukrayna çempionatlarında 2 gümüş və 6 bürünc əldə edən Dnepropetrovsk təmsilçisi kubokun finalında 3 dəfə çıxış edib.

 

Yoxlama oyunu
24 yanvar
19:00. “Qəbələ” – “Dnepr” (Ukrayna)
Antalya. “Gloria Sport Arena"


Digər xəbərlər

Xəbər xətti