Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qarabağ” təlim-məşq toplanışını başa vurub. Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün vətənə dönür.
Yanvarın 5-dən Antalyada hazırlıq keçən Qurban Qurbanovun komandası qonşu ölkədə 4 yoxlama oyunu keçirib. İlk sınağında Almaniyanın regional liqa təmsilçisi "Rot-Vays"a 1:0, Macarıstanın "Dioşqyor" klubuna isə 4:0 hesabı ilə qalib gələn “atlılar” ötən gün Polşanın “Jagelloniya” klubuna 0:1, Avstriya təmsilçisi “Admira Uaker”yə 3:4 hesabı ilə uduzub.