"Qarabağ"ın məşqçisi xərçəng xəstəliyinə qalib gəldi

15:53 24 Yanvar 2016

"Qarabağ"ın fiziki hazırlıq üzrə məşqçisi yarım illik fasilədən sonra yenidən komandaya qayıdıb. Sportarena.az "azerisport.az"a istinadən xəbər verir ki, Çudomir Çakarov Ağdam klubunu yayda tərk etmişdi.

 

Buna səbəb onun xərçəng xəstəliyindən əziyyət çəkməsi idi. Geridə qalan müddət ərzində o, müalicə alırdı. Artıq xəstəlikdən yaxa qurtaran bolqar mütəxəssis yenidən Ağdam klubuna qayıtmağa qərar verib.

 

Qeyd edək ki, Çakarovun olmadığı dövrdə onun vəzifəsini Ruben Selles yerinə yetirirdi. Hazırda hər iki mütəxəssis komandadır.

 

Sonda onu da bildirək ki, Çakarov Azərbaycan futbolunda 2007-ci ildən çalışır. Onun ölkəmizdəki ilk iş yeri isə "Bakı" olub.


Digər xəbərlər

Xəbər xətti