Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” bu gün son yoxlama oyununu keçirib.
Sportarena.az xəbər verir ki, yanvarın 10-dan Antalyada təlim-məşq toplanışında olan “qırmızı-qaralar” 3-cü sınağında Ukraynanın “Dnepr” klubu ilə qarşılaşıb. Bu matçda Roman Qriqorçukun komandası minimal hesabla uduzub - 0:1.
Qeyd edək ki, "Qəbələ" qonşu ölkədə keçirdiyi yoxlama oyunlarında Almaniyanın “Osnabryuk” (1:1) klubu ilə bərabərə qalıb və İsveçrənin “Sürix” klubuna 4:0 hesabı ilə qalib gəlib.