"Deyilənə görə, qətli Cavid Hüseynov sifariş etmişdi" - Azərbaycanda oynamış qapıçı

14:28 25 Yanvar 2016

2013-2015-ci illərdə Azərbaycanda çıxış etmiş polşalı qapıçı Pavel Kapsa ölkəsinin mətbuatına geniş müsahibə verib. Sportarena.az həmin müsahibəni təqdim edir:

 


- Azərbaycanda nə qədər pul alırdın?

- Polşadakından 2-3 dəfə çox.

 

- Yəni, kosmos qədər.

- Mən çempionatın ortabablarından oynamış olduğum "Simurq" haqda danışıram. Ancaq məsələn, "Qəbələ"də 1 bonus Polşadakı aylıq maaşdan daha çox idi. Turnir cədvəlinin sonuncu pilləsindəki komandası üzərində qələbə qazanmaqla ölkəmizdə 1 aya veriləndən daha çox pul mükafatı alırsan. Fərq var? Var.

 

- Siz Azərbaycanda oynayanadək təəccüblənmişdim. Maraqlı karyera yaşadığınız, yeni təəssüratlarla qarşılaşdığınız üçün orda oynadığınıza sevinirsiniz, yoxsa sadəcə pula görə getdiyinizi mənə deyəcəksiniz?

- Heç kimi aldatmayacağam. Aydındır ki, pul əsas amildir. Ancaq ordakı 2,5 illik karyeramdan sonra deyə bilərəm ki, əgər idman baxımından eyni səviyyədə qalsaydılar, mən hələ Azərbaycanda daha pis şəraitdə də oynayardım.

 

- Dostlarınıza Zaqatalanın "Simurq" komandasında oynadığınızı necə deyirsiniz? Hətta bu sözü mən tələffüz edə bilmirəm...

- "Zakatala" kimi səslənir. Orda mən çox təəccübləndim. Çünki ora gedənədək hərə bir söz söyləyirdi. Mən də orda çiynimdəki ruhla yollanmışdım. Bilirdim ki, orda Martsin Burkhardt çıxış edir. O demişdi ki, burda hər şey qaydasındadır. Məşqçi yaxşı, oyunçular daha sürətlidirlər, bir sözlə, hər şey yüksək səviyyədədir. Ancaq mən ona inanmaq istəməmişdim. İnternetdə oturdum, bu ölkə və klub haqda hər şeyi oxudum. İlkin baxışa Türkiyəyə yollandım. Orda çoxlu əcnəbi futbolçu baxışda idi, onlar haqda daha sonra qərar veriləcəkdi.

 

- Ən qorxduğunuz şey nə idi?

- Daha çox düşünürdüm ki, onlara hansı səviyyədə futbolçu lazımdır. Biz ilk yoxlama matçımızı Qori "Dila"sına qarşı keçirdik. Bu elə-belə komanda deyildi, Avropa Liqasında oynamış klub idi. II matçımız "Spartak-Nalçik"ə qarşı oldu və 0:1 uduzduq. Ancaq Rusiya klubuna qarşı normal, bərabər səviyyədə oynamışdıq. Artıq özüm haqda fikirləşirdim ki, pis deyiləm.

 

- Sizi bəyəndilər və qayıdanda ölkəni gözlərinizlə gördünüz...

- Qorxu gözəl idi. Biz Türkiyədən birbaşa Azərbaycana uçduq, mənə təcili viza açılmışdı. Biz Bakıya eniş edəndə, şəhərdə hər şey qızıl kimi işıq saçırdı. Tam bir rus yanaşması vardı. Hava limanından otelədək yol uzun idi. Orda tam sürətlə avropalaşma gedirdi. Saytdan öyrənmişdim ki, Zaqatalanın stadionunda təmir işləri gedir deyə, biz il ərzində Bakıdakı oteldə qalacağıq. "İnter", "Qarabağ" və "Neftçi" ilə ev oyunlarımızı Bakıda keçirdik. Uduzduğumuz oyunlardan sonra prezident gəlib bizə dedi ki, cəza olaraq Zaqatalaya qayıdacağıq...

 

- Bu necə cəzadır?

- Ordakı qaydalara görə, normal. Azərbaycan bu baxımdan spesifik ölkədir. Onlar üçün hamı Bakıda yaşamaq istəyir. Bizdə Vrotslav, Krakov və Varşava eyni səviyyədə şəhərlərdir. Ancaq orda elə deyil. Azərbaycanlı oyunçulardan hiss etdim ki, onlara prezidentin bu sözləri ciddi təsir etdi. Biz xaricilər isə nəyin baş verdiyini bilmirdik. Ancaq komandadakı gərginliyi hiss edirdik... Aman Allahım, Zaqatalaya çatanda dramatik anla üzləşdik.

 

- Koloniyalardakı kimi. Bu bir tərəfdən inteqrasiya üçün pozitivdir, digər tərəfdən isə komanda öz şirəsində boğula bilər. Bəzən həqiqətən inanılmaz gəlir ki, siz ora getmək istəmisiniz.

- Ümumiyyətlə, bizdə super atmosfer vardı. Biz əcnəbilər harasa gedəndə azərbaycanlı futbolçularla gedirdik. Demək olar ki, sutkada 24 saat onlarla birgə idik. Xarici ölkə, çoxlu boş vaxt, kiçik bir yer. Belə deyərdim: orda depressiyaya və digər hallara düşməmək üçün yaxşı atmosfer yox idi.

 

- Baxmayaraq ki, biletlər ucuzdur, Azərbaycanda oyunlara 500 azarkeş gəlir.

- Mənim oynadığım vaxt 10 komandadan 7-si paytaxtı təmsil edirdi. Biz AZAL ilə oyuna gedəndə 20 azarkeş vardı. Bunlar da oyunçuların həyat yoldaşları, uşaqlar, qonşuluqda yaşayanlar idi. "Neftçi" ilə matçda 500 azarkeş vardı. Təəccüblü idi ki, Bakıda 5 km radiusda bir neçə stadion olsa da, vəziyyət eyni idi. "İnter" bunun üsulunu tapmışdı. Uşaqlara 20 manatdan ödəyirdi ki, onlar gəlib azarkeşlik etsinlər.

 

- Oyuna gedirsiniz, stadionlar boşdur. Ümumiyyətlə, belə ab-havada oynamaq istəyirdiniz?

- Oyunda favorit olduğunuzu biləndə, hə. Axşamlar projektorlar altında oynamaq olurdu... Bəzi fan-klublar öyrədilirdi. Klub onlara pul verirdi, yemək-içməklə təmin edirdi ki, rəqibə qarşı təzyiq etsinlər. Ancaq bununla belə, heç bir dava filan olmurdu.

 

- Bunu hətta "Simurq"dan sonra da müşahidə etmək olar. Uzun müddət hər şey yaxşı idi və birdən klub çökdü..

- Neftin satışından gəlirlər azalıb. Meymun biznesi başlayıb... Klub prezidentləri axtarışdadırlar. "Bakı" klubunun sponsorunu da polis axtarırdı. "İnter" əvvəlki kimi futbolçulara pul verə bilmir. Eşitdiyimə görə, "Neftçi" FİFA-da işi uduzub və Mpenzaya 1 və ya 2 milyon ödəməlidir. Bu yaxşı hal deyil. "Simurq" sonadək qaydasında oynadı. Ancaq maaşlar verilmədi və yəqin ki, onları almaq mümkün olmayacaq.

 

- Ölkə xaricində daha yaxşı qazanmaq üçün nə etmək lazımdır?

- İlk növbədə oranın mədəniyyətini bilmək lazımdır. Azərbaycanın 2 dünyası var. Bazarlarda işləyən nənələr də var, 5 mühərrikli böyük "Reync Rover" sürən əli qızıllı qoca xanımlar da. 2 tamamilə fərqli dünya. Bakıda magistral ilə gedirsən, birdən yolun daralır. Yollardan qoyun sürüləri keçir. Oyuna avtobusla gedən vaxt qoyunların keçməsini gözləməlisən. Onların tualeti əvvəldə məni şoka salmışdı. Avropalı kimi əvvəldə necə davranmalı olduğumu bilmirdim.

 

- Ən ekstremal situasiya hansını yaşamısınız?

- Qurban Bayramını. Həyat yoldaşım heyvanlara qarşı çox həssasdır. Biz həmin bayram vaxtı bütün pəncərə və qapıları bağlamalıydıq. Hər evdə heyvan öldürürdülər. Bildiyiniz kimi, evlərdə və küçələrdə qan qurban verilir. Onlar heyvanların başını kəsirdilər. Bu elə dəhşət idi. Pis bayramdır, təsəvvür etmək mümkün deyil. Ümumiyyətlə, pəncərə açıq olanda yatmaq olmur. Səhər saat 4-də hər yerdə azan səsi eşidilir. Bakı daha çox Avropa şəhəri sayılır. Ancaq rayonlar var ki, orda qadınlar başlarını bağlayır, kişi və qadın çimərlikləri ayrıdır.

 

- Necə ki?

- Siz çimirsiniz. Əri sağda, qadın isə soldadır. Adi vəziyyətdə üzə bilərsiniz, ancaq gərək qadın tərəfə üzməyəsən. Hovuzlar da ayrı-ayrıdır. 10-dan 14 yaşadək oğlanlar, 14-dən 18 yaşadək qızlar. Öz qızımla hovuza gedəndə bu haqda bilmirdim. Bir oğlan mənə qışqırdı: "Sən orda neynirsən? Çıx ordan!" "Qızımla çimirəm" dedim. "3 qız çimir orda" dedi. "Ancaq onlar çılpaq deyil ki. Qaydalarda var ki, kostyumla çimmək olar. Mənim də həyat yoldaşım var" dedim. "Olmaz!!!" deyib icazə vermədi. Soyunma otağına da çılpaq gedə bilməzsən, "şortik"də olmalısan. Azərbaycanda müsəlmanlar çoxluq təşkil edir. Ancaq pravoslav geyimində dindarlara da rast gəlirsən. Qadınlar poçt idarələrində və ya ofislərdə işləyə bilərlər. Namazın vaxtı var. Məşqlərimizi süni örtükdə edirdik. Onlar məşqlərə namazdan sonra çıxırdılar. Belə bir situasiya xatırlayıram ki, artıq saat 16-da məşqə çıxmalıyıq, 16:05-dir, cəmi 7 nəfər var. Məşqçi çaşqınlıq içində qalıb. "Məşqçi, namaz qılırlar" dedilər. Və biz onları gözləyirik.

 

- Düzünü demək lazım olsa, onların arasında qorxmurdunuz?

- Yox, Azərbaycan müsəlmanları çox yaxşı insanlardır. Onlarda nizam-intizam var deyə polisin də onlarla işi olmur. İstənilən halda çox qonaqpərvər insanlardırlar, hətta çox yoxsuldurlar. Onlar hətta əcnəbisinizsə belə, dərhal sizi evinə dəvət edir, sizə hörmətlə yanaşır. Az şeylərinin olmasına baxmayaraq, sizə çox şey vermək istəyirlər.

 

- Hətta Azərbaycanın qonaqpərvərliyini Berti Foqts da bildirmişdi. O demişdi ki, "onlar oturmazdan əvvəl adamı əllərində bir fincan çay və meyvə ilə qarşılayırlar. Sonra onlar sənə ailənin bir üzvü kimi yanaşırlar".

- Çay onlarda rituallıqdır. Gündə 10 dəfə çay içirsən. Yuxu ilə bağlı problemin olanda axşam vaxtlarında içməmək məsləhətdir. Matçdan qayıdırıq, gecə saat 3-dür və avtobus birdən saxladı. Öz-özümdən soruşuram: "Bu insan niyə avtobusu saxladı?" "Çay fasiləsi" deyir komanda yoldaşım. Hamı avtobusdan düşür və çay içir.

 

- Siz içməmək üçün avtobusdan düşmürdünüz?

- Yox, bu ritualdır! Bir azərbaycanlı sizi evinə dəvət edəndə siz içəri keçməlisiniz. Yoxsa bu təhqirdir. Azərbaycanlılar hətta məşqdən sonra da isti çay içirlər.

 

- Avqustda Azərbaycanda idman jurnalisti öldürüldü. Bu necə oldu?

- Bütün Azərbaycan bu məsələyə çaşdı. Jurnalistlər bütün ay boyu bir oyunçunu tənqid edirdi. Deyilənə görə, qətli Cavid Hüseynov sifariş etmişdi, indi həbsdədir.

 

- De görək, bu situasiya necə oldu axı?

- Mən azərbaycanlıların mənə dediyi qədər bilirəm. "Qəbələ" "Apollon"la oynamışdı. Bilirsiniz ki, kiprlilərin türklərlə düşmənçiliyi var. Bizim Macarıstanla dostluğumuz kimi, azərbaycanlılar da türklərlə qardaş kimidirlər. Oyundan sonra o, türk bayrağı ilə stadion ətrafında qaçıb və bu yolla azarkeşləri qızışdırıb. Kiprlilər isə çılğın mentalitetə malikdirlər və meydançaya düşüblər, nəticədə ara qarışıb (əslində meydançaya kiprli azarkeş düşməyib və Rasim Əliyev bu məsələni tənqid etməyib - red.). Ölən jurnalist də bu hərəkəti tənqid etdi və Hüseynov yaxın qohumuna onunla danışmağı tapşırdı.

 

- Dəhşətli yerdə oynamısınız!

- Yox, yox, ora sivilizasiyalı ölkədir. Jurnalist xəstəxanaya çatdırılıb və 2 gün sonra keçinib. Bu məsələ nazirlik səviyyəsində nəzarətdədir.

 

- Jurnalistlər bu məsələyə necə reaksiya verdilər?

- Onlar azərbaycanlı futbolçular barədə tənqidi xəbərlər yazmağa başladılar. Oyunçular isə müsahibə verməyəcəklərini bildirdilər. Tipik münaqişələr oldu.

 

- Azərbaycanı necə xatırlayacaqsınız?

- Ekzotik ölkədə karyera yaşadım.

 

- Başqa hansı ekzotik ölkədə oynamaq istərdiniz?

- Nə vaxtsa Qazaxıstan və ya Tailandda... Niyə də olmasın?


Qaynar.info


Digər xəbərlər

Xəbər xətti