Keçən həftə aparıcı Esra Erolun bir makaron reklamı üçün 3 milyon lirə (təxminən 1.5 milyon manat) alması haqda xəbərlər yayılmışdı.
Sportarena.az xəbər verir ki, aparıcı ilk dəfə bu barədə sosial mediadan açıqlama verərək deyilənlərin yalan olduğunu bildirib:
"Bu rəqəmlər xəyaldır. Haqqımda danışılacaq dedi-qodunun sadəcə bu olması, şöhrətpərəstlikdən uzaq, hər zaman eyni olmağım əslində fəxr ediləcək bir şeydir. Bu məbləği alanlar da var. Amma onun üçün Messi olmaq lazımdır, mənsə Messi deyiləm, o istedadım yoxdur".