"Qəbələ"nin hazırlıq planında dəyişiklik

18:14 25 Yanvar 2016

"Qəbələ"nin qış hazırlıq planında dəyişiklik baş verib. Sportarena.az "Report"a istinadən xəbər verir ki, "qırmızı-qaralar" Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışını erkən başa vurub.

Toplanış əvvəlcədən nəzərdə tutulduğu kimi, yanvarın 27-də yox, ötən gün yekunlaşıb. Ukrayna "Dnepr"i ilə son yoxlama oyunundan sonra "Qəbələ" Antalyadan İstanbula, oradan isə Gəncəyə uçub. Komanda üzvləri yanvarın 30-da "Kəpəz"lə keçirəcəkləri Azərbaycan Premyer Liqasının XIX turunun hazırlıqlarını ölkədə davam etdirəcəklər.

Komandada baxışda olan Pavel Paşayev barədə isə hələ qərar verilməyib. Baş məşqçi Roman Qriqorçuk hər 3 yoxlama matçında sınadığı Azərbaycan millisinin Ukraynada doğulmuş üzvünün qalıb-qalmamasına dair fikrini Azərbaycanda açıqlayacaq.

Qeyd edək ki, "Qəbələ" Antalya toplanışında 3 oyun keçirib. Almaniya "Osnabrük"ü ilə 1:1 hesablı heç-heçə edən "qırmızı-qaralar" İsveçrə "Sürix"ini darmadağın edib - 4:0. Son qarşılaşmada isə "Dnepr" sevinib - 1:0. "Qırmızı-qaralar"ın da qayıdışından sonra Antalyada Azərbaycan komandası qalmayıb.


Digər xəbərlər

Xəbər xətti