Mövsümün ikinci yarısına hazırlıqlarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.
Sportarena.az qol.az-a istinadən xəbər verir ki, “Xəzər Lənkəran”dan ayrılan Rasim Ramaldanovla razılıq əldə olunub.
30 yaşlı müdafiəçi ilə 6 aylıq müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, "Sumayıt" buna qədər Kənan Manafov, Vaqif Cavadov, Eltun Yaqublu, Səlahət Ağayev və Nicat Muxtarovla müqavilə imzalayıb.