"Lester"in yarımmüdafiəçisi Riyad Marez ötən il üçün Əlcəzairin ən yaxşı futbolçusu adına layiq görülüb.
Sportarena.az xəbər verir ki, səsvermənin nəticələrinə görə 24 yaşlı futbolçu "Sportinq" klubundan İslam Slimani və "Porto"dan Yasin Braimini üstələyib.
Bu mövsüm İngiltərə premyer liqasının 22 turunda Marez 13 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.