Antalyada hazırlığı başa vuran Azərbaycan çempionu "Qarabağ" artıq Bakıya qayıdıb.
Sportarena.az xəbər verir ki, bu gün "ATV İdman"ın qonağı olan "Qarabağ"ın və Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov çempionata hazırlıqlarından və yığmadakı karyerasından danışıb.
Hər zaman səmimiyyəti ilə seçilən R.Sadıqov bu dəfə də maraqlı açıqlamalar verib. Kapitan deyib ki, lazım gələrsə müqaviləylə ona çatacaq məvacibinin yarısını kluba bağışlamağa hazırdı.