"Şaxtyor" braziliyalı yarımmüdafiəçi Aleks Teyşeyranı "Liverpul"a satmaqdan imtina edib.
Sportarena.az xəbər verir ki, "qırmızılar"ın 32-37 milyon avroluq təklifi Donetsk klubu rədd edib. Ukrayna təmsilçisi Teyşeyra üçün 50 milyon avro tələb edir. "Mersesaydlılar" isə maksimum 40 milyon avro ödəməyə hazırdır. "Sambaçı"nın özü də "Şaxtyor" rəhbərliyindən onu klubdan buraxmağı xahiş edib.