Uzun müddətli zədədən sonra yenidən yaşıl meydanlara qayıdan hollandiyalı futbolçu Roben "Hamburq"la matçdan sonra maraqlı açıqlaması ilə yadda qalıb.
Sportarena.az xəbər verir ki, verdiyi açıqlamada baş məşqçi Pep Qvardiolanın qərarlarına hörmətlə yanaşdığını bildirən futbolçu:
"Hər keçən gün daha da güclənirəm, sadəcə daha çox oynamağa ehtiyacım var. Bu tur sadəcə 10 dəqiqə meydanda oynaya bildim. Əlbəttdə daha çox oynamaq istəyərdim, amma qərarları verən baş məşqçidir və buna hörmətlə yanaşıram." - deyə fikir bildirib.