"Kəpəz" başladı

10:37 26 Yanvar 2016

“Neftçi” ilə yoxlama oyunundan sonra bir günlük istirahətə buraxılan “Kəpəz” dünən məşqləri bərpa edib.

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, komanda bir məşqlə kifayətlənib. Futbolçular taktiki və texniki hazırlıq üzərində işləyib.

“Sarı-göylər” bu gün daha bir yoxlama oyunu keçirəcək. Gəncə klubunun rəqibi birinci divizionun təmsilçisi “Ağsu” olacaq. “Dalğa Arena”da keçiriləcək görüş saat 12:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti