Almaniyanın "Fortuna" klubunun ikinci komandası yoxlama oyunu keçirib.
Sportarena.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Tuğrul Eratın komandası Almaniyanın digər klubu "Bonner"lə qarşılaşıb.
Matç Düsseldorf təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat 62-ci dəqiqədə əvəzlənib.